Aygn Kazmova Bizd Danq Lyrics


Bizdən Danışaq by Aygün Kazımova

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq, bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Həyatın gül üzünü dəyişənlərdən
Yalanı doğru yeridənlərdən
Xəyanətlə əlbir gedəndən
Haqqı nahaqa verəndən
Dünyanı satıb-alanlardan
Biz insanlardan
Biz insanlardan
Biz insanlardan

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Dost deyib, düşmən çıxan da
Miras üstə dalaşan da
Buz ürəkli adamlar da bizlərdəndir
Ədalətsiz qərarları, şərlə dolu hesabları
Nifrəti, kədəri günümüzə gətirən də, bizlərdəndir

Gəl, sevgilim, bizdən danışaq
Səni mənə sevdirən ürəkdən danışaq
Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Məni sənə bağlayan gözlərdən
Dünyamızı isidən sözlərdən
Bizi yaşadan sevgidən danışaq

Danışaq, danışaq, bizdən danışaq
Danışaq, danışaq, bizdən danışaq

Bərabər gülüb, yalnız ağladığımız günləri
Haqsız səbəblərdən gələn üzüntüləri
Unudaq, unudaq, sevgidən danışaq
Gəl, sevgilim, bizdən danışaq

Recently Searched Lyrics

Recently Viewed Lyrics